Norveçin enerji şirkəti Rusiya bazarını tərk edib

Norveçin enerji şirkəti Rusiya bazarını tərk edib Norveçin “Equinor” enerji şirkəti Rusiyadan çıxışını başa çatdırıb.
Energetika
2 Sentyabr , 2022 12:54
Norveçin enerji şirkəti Rusiya bazarını tərk edib

Norveçin “Equinor” enerji şirkəti Rusiyadan çıxışını başa çatdırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, “Equinor” Rusiyanı tam və nizamlı şəkildə tərk edən ilk beynəlxalq neft-qaz şirkətidir.

“Xaryaqa” layihəsindən çıxdıqdan sonra “Equinor”un Rusiyada heç bir aktivi və ya layihəsi qalmayıb”, - şirkətin bəyanatında deyilir.

Xatırladaq ki, “Equinor” şirkəti bu il fevralın 28-də Rusiyadakı birgə müəssisələrdən çıxmaq prosesinə başlayacağını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi