OECD ölkələrində neft ehtiyatları son 5 ilin orta səviyyəsindən azdır

OECD ölkələrində neft ehtiyatları son 5 ilin orta səviyyəsindən azdır İqtisadi Əmıkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində ötən ilin noyabr ayında 16 milyon barel azalaraq 2.721 milyon barel təşkil edib.
Energetika
18 Yanvar , 2022 17:37
OECD ölkələrində neft ehtiyatları son 5 ilin orta səviyyəsindən azdır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatları ötən ilin noyabr ayında 16 milyon barel azalaraq 2 milyard 721 milyon barel təşkil edib.

“Report” OPEC-in yanvar hesabatına istinadən xəbər verir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 389 milyon barel, son 5 ilin orta səviyyəsindən də 247 milyon barel azdır.

OECD ölkələrində hazırda mövcud olan neft ehtiyatları onların 60,7 günlük ehtiyaclarını görür ki, bu da illik müqayisədə 13,2 gün, son 5 ilin orta səviyyəsinə nisbətən də 3,2 gün azdır.

Qeyd edək ki, neft ehtiyatlarının son 5 ilin orta miqdarı OPEC+ formatı çərçivəsində hasilatı artırıb-azaltmaqda başlıca istinad nöqtəsidir.

Son xəbərlər

Orphus sistemi