OPEC+ alyansı ilə bağlı qeyri-müəyyənliklərə görə neft ucuzlaşır

OPEC+ alyansı ilə bağlı qeyri-müəyyənliklərə görə neft ucuzlaşır OPEC+ çərçivəsində müqavilə ilə bağlı qeyri-müəyyənliklər səbəbindən dünya bazarlarında neft ucuzlaşır.
Energetika
12 İyul , 2021 10:08
OPEC+ alyansı ilə bağlı qeyri-müəyyənliklərə görə neft ucuzlaşır

OPEC+ çərçivəsində müqavilə ilə bağlı qeyri-müəyyənliklər səbəbindən dünya bazarlarında neft ucuzlaşır.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:39-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,19% ucuzlaşaraq, 1 bareli 75,42 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,12% azalaraq, 1 bareli 74,47 dollar təşkil edib.

BƏƏ-nin prinsipial mövqeyi səbəbindən OPEC+ alyansının iyulun əvvəllərində keçirilmiş görüşləri nəticəsiz qalıb. Növbəti görüş təxirə salınıb və onun yeni tarixi hələ təyin edilməyib. Kvotalar əvvəlki səviyyədə saxlanılır.

Dolların məzənnəsinin yuxarıya doğru korreksiyası da neft qiymətlərinə müəyyən təsir göstərir. Dolların indeksi (ABŞ-ın əsas tərəfdaşı olan 6 ölkənin valyuta səbətində dolların məzənnəsi) 0,07% artaraq 92,19 bəndə çatıb.

İngilis versiyası Oil drops on OPEC+ spat

Son xəbərlər

Orphus sistemi