OPEC Azərbaycanda gələn il neft hasilatı üzrə proqnozunu açıqlayıb

OPEC Azərbaycanda gələn il neft hasilatı üzrə proqnozunu açıqlayıb İyun ayında Azərbaycanın maye istehsalı gündəlik 0,04 milyon barel artaraq orta hesabla 0,73 mb/günə yüksəlib və bu ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 0,05 milyon barel artım deməkdir.
Energetika
12 Avqust , 2021 16:32
OPEC Azərbaycanda gələn il neft hasilatı üzrə proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-ci il üçün gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

“Report”un məlumatına görə, bu barədə qurumun avqust ayı üçün açıqladığı hesabatında deyilir.

Məlumata görə, bu il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 750 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, da əvvəlki proqnozdan 20 min barel azdır. Proqnozun azaldılmasının səbəb cari ilin ikinci yarısında qaz kondensatı hasilatının gözlənilən azalmasıdır.

Proqnoza əsasən, 2022-ci ildə sözügedən göstərici 820 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da öncəki proqnozla müqayisədə 20 min barel çoxdur.

Bildirilir ki, iyun ayında Azərbaycanın maye karbohidrogen istehsalı gündəlik 0,04 milyon barel artaraq orta hesabla gündəlik 0,73 milyon barelə yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 0,05 milyon barel çoxdur..

Hesabata əsasən, bu ilin birinci yarısında Azərbaycanda qaz kondensatının (Natural Gas Liquids – NGLs) orta gündəlik istehsalı 154 min barel təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 min barel çoxdur.

Mayeləşdirilmiş təbii Qaz isə (Natural Gas Liquide – NGL) istehsalı isə aylıq müqayisədə hər gen üçün 11 min barel artaraq 122 min barelə çatıb. Bu ilin ilk yarısında Azərbaycanın NGL istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 min barel artaraq gündəlik 154 min barelə çatıb.

Hesabatda deyilir ki, bu dövr ərzində Azərbaycanda orta gündəlik neft hasilatı 0,59 mln. barel səviyyəsində olub ki, bu da illik müqayisədə 0,05 mln. barel azdır.

Son xəbərlər

Orphus sistemi