OPEC+ bu il üçün neft bazarındakı profisit proqnozunu artırıb

OPEC+ bu il üçün neft bazarındakı profisit proqnozunu artırıb OPEC+ Texniki Komitəsi 2022-ci ildə neft bazarındakı gündəlik profisit proqnozunu ötən aydakı 1,3 milyon bareldən 1,9 milyon barelədək artırıb.
Energetika
4 May , 2022 13:13
OPEC+ bu il üçün neft bazarındakı profisit proqnozunu artırıb

OPEC+ Texniki Komitəsi 2022-ci ildə neft bazarındakı gündəlik profisit proqnozunu ötən aydakı 1,3 milyon bareldən 1,9 milyon barelədək artırıb.

“Report” xəbər verir ki, qurumun hesabatına görə, ən böyük profisit may ayında 3,7 milyon barel və iyun ayında 3,58 milyon barel gözlənilir.

Neft bazarında gündəlik tələbat artımına dair proqnoz 500 min barel azaldılaraq 100,5 milyon barel, təklif artımı proqnozu isə 100 min barel artırılaraq 102,4 milyon barel təşkil edib.

Neft ehtiyatlarının həcmi 698 milyon barel artaraq 2,93 milyard barelə çatacaq.

Son xəbərlər

Orphus sistemi