OPEC+ çərçivəsində neft hasilatı kvotadan artıq azaldılıb

OPEC+ çərçivəsində neft hasilatı kvotadan artıq azaldılıb OPEC+ formatının iştirakçı ölkələri hasilatın ixtisarına dair məlum razılaşma sentyabr ayında 102 faiz səviyyəsində icra olunub.
Energetika
15 Oktyabr , 2020 14:45
OPEC+ çərçivəsində neft hasilatı kvotadan artıq azaldılıb

OPEC+ formatının iştirakçı ölkələri hasilatın ixtisarına dair məlum razılaşma sentyabr ayında 102 faiz səviyyəsində icra olunub.

“Report” xəbər verir ki, OPEC+ Texniki Komitəsinin bugünkü iclası üçün hazırlanmış hesabata əsasən, OPEC üzv ölkələri tərəfindən razılaşma 105 faiz, qeyri-OPEC ölkələri isə 97 faiz yerinə yetirib.

Bununla da razılaşmanın iştirakçı ölkələri ötən ay bazara gündəlik 7,65 milyon barel az neft çıxarıb. Bunun 5,1 milyon bareli OPEC ölkələrinin, 2,73 milyon bareli isə qeyri-OPEC ölkələrinin payına düşür.

Qeyd edək ki, razılaşmanın yerinə yetirilməsi OPEC+ Nazirlər Monitorinq Komitəsinin oktyabrın 19-da vedeo formatında keçiriləcək iclasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi