OPEC-in Baş katibi: "Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır"

OPEC-in Baş katibi: "Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır" "Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır".
COP29
19 Noyabr , 2024 19:47
OPEC-in Baş katibi: Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır

"Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır".

"Report" xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays COP29 çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündə deyib.

Haysam Əl-Qays Azərbaycanın COP29 Sədrliyinə dəstəyini ifadə edib və COP çərçivəsində keçirilən tədbirlərdə iştirakından bəhs edib.

Görüşdə enerji bazarındakı qlobal trendlər, neft sənayesinin perspektivləri, “təmiz enerji”yə nail olmaq üçün emissiyaların azaldılması və yeni texnologiyaların tətbiqinə investisiyaların əhəmiyyətindən danışılıb. “OPEC plus” formatında təmsil olunan ölkələrin həyata keçirdiyi bərpa olunan enerji layihələrindən və bu əməkdaşlıq əlaqələrinin “yaşıl enerji” tərəfdaşlığına töhfələri nəzərdən keçirilib. Bu xüsusda, BƏƏ və Səudiyyə Ərəbistanının Azərbaycanda və Mərkəzi Asiya ölkələrində bərpa olunan enerji layihələrində iştirakı qeyd olunub.

Söhbət zamanı enerji bazarının sabitliyinin təmin olunmasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu cür dialoqların davam etdirilməsinin vacibliyi ifadə edilib.

Son xəbərlər

Orphus sistemi