OPEC+ Birgə Nazirlər Monitorinq Komitəsinin növbəti iclası sentyabrın 17-də keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə müvafiq qərar layihəsində bildirilib.
Komitənin bu gün yeni başlayan onlayn iclasında bir neçə iştirakçı ölkə tərəfindən hasilatın ixtisarına dair öhdəliklərinin necə yerinə yetirilməsi müzakirə olunacaq.
“Biz aşağı səmərə göstəricisinə malik iştirakçı ölkələrdən az ixtisar etdikləri hasilatın əvəzini çıxmalarına dair planlarını OPEC katibliyinə 2020-ci ilin avqustun sonunadək təqdim etmələrini xahiş edirik”, - sənəddə qeyd edilib.
Xatırladaq ki, OPEC+ formatı çərçivəsində may ayından qüvvəyə minmiş neft hasilatının ixtisarına dair yeni razılaşmaya görə iyulun sonunadək gündəlik hasilat 9,7 milyon barel, avqustdan dekabradək 7,7 milyon barel azaldılıb.