OPEC neft hasilatını artırıb

OPEC neft hasilatını artırıb Bu barədə Beynəlxalq Enerji Agentliyinin (EIA) fevral hesabatında bildirilir
Energetika
11 Fevral , 2021 15:30
OPEC neft hasilatını artırıb

OPEC ölkələrində yanvar ayındakı neft hasilatı 240 min barel artaraq 25,45 milyon barel səviyyəsinə çatacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (EIA) fevral hesabatında bildirilir.

Bu artım daha çox OPEC+ formatı çərçivəsindəki hasilatın azaldılmasına dair razılaşmanın şərtlərinin yumşaldılması ilə bağlıdır. Belə ki, razılaşmada iştirak edən qeyri-OPEC ölkələri hasilatı 120 min barel artıraraq 14,59 milyon barelə çatdırıb.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsindəki yeni razılaşmaya əsasən, 2020-ci ilin may ayından hasilat (2018-ci ilin oktyabr səviyəsinə nisbətən) 9,7 milyon barel, avqust ayından 7,7 milyon barel, bu ilin yanvar ayından da 7,2 milyon barel azaldılmalıdır. Sonrakı dövrdəki hasilatın hər ay ayrıca razılaşdırılacağı, ixtisarın 500 min bareldən çox olmayacağı nəzərdə tutulur. Fevral ayında azalma 7,125 min barel, mart ayında isə 7,05 min barel həcmində olacaq.

Beləliklə, hasilatın azaldılması razılaşması yanvar ayında 103 % səviyyəsində (OPEC ölkələri 108 %, qeyri-OPEC ölkələri 94 %) icra edilib ki, bu da 2020-ci il iyun ayından bu yana ən yüksək rəqəmdir.

Son xəbərlər

Orphus sistemi