OPEC+ alyansı neft hasilatının azaldılması üzrə müqavilə şərtlərini 116% yerinə yetirib.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr ayı üzrə hesabatında deyilir.
OPEC-ə üzv ölkələr müqaviləni 118%, qeyri-OPEC ölkələri ilə 112% yerinə yetirib.
Ümumilikdə, iyul ayı ərzində OPEC+ alyansının neft hasilatı gündəlik 150 min barel azalaraq, gündəlik 41,58 milyon barel səviyyəsinə düşüb. Buna Qazaxıstan, Meksika və Nigeriyada hasilatın azalmasının Səudiyyə Ərəbistanı, İraq və Rusiyadakı hasilat artımını xeyli üstələməsi səbəb olub.