OPEC neftə olan tələbin artım proqnozunu olduğu kimi saxlayıb

OPEC neftə olan tələbin artım proqnozunu olduğu kimi saxlayıb 2021-ci ildə dünya üzrə neftə olan tələbin artımı gündəlik 6 milyon barel təşkil edəcək.
Energetika
12 Avqust , 2021 15:56
OPEC neftə olan tələbin artım proqnozunu olduğu kimi saxlayıb

2021-ci ildə dünya üzrə neftə olan tələbin artımı gündəlik 6 milyon barel təşkil edəcək.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in avqust hesabatında deyilir.

Bununla da iyul ayında verilmiş proqnoz olduğu kimi saxlanılıb.

2021-ci ildə ümumilikdə neftə olan tələbat gündəlik 96,6 milyon barelədək bərpa olunacaq. OPEC-in hesablamalarına görə, neftə olan qlobal tələb 2022-ci ilin ikinci yarısında gündəlik 100 milyon barel həddini keçəcək.

Bundan başqa, OPEC təşkilata üzv olmayan ölkələrdən neft tədarükünün 2021 və 2022-ci illər üzrə artım proqnozlarını yüksəldib. Belə ki, Kanada, Çin, ABŞ, Norveç və Braziliyada hasilatın artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi