OPEC+ ölkələri avqust ayında sazişə əsasən, neft hasilatını gündəlik 7,777 milyon barel azaldıb ki, bu da öhdəlikləri 1% üstələyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu OPEC+ Texniki Komitəsinin bugünkü iclas üçün hazırlanmış ilkin hesabatından görmək olar.
Sənədə əsasən, İran, Liviya və Venesuela istisna olmaqla, OPEC ölkələri avqustda neft hasilatını 4,96 milyon barel/gün azaldaraq 21,7 milyon barel/gün səviyyəsinə endirib. Bu isə sazişə 102% əməl etmək deməkdir. Qeyri-OPEC ölkələri isə sazişi 99% yerinə yetirərək gündəlik neft hasilatını 4,55 milyon barel azaldaraq 12,62 milyon barel/gün səviyyəsinə endirib.
Eyni zamanda razılaşma tərəfləri may-iyul aylarında icazə verilən həddən artıq hasilat üçün kompensasiya öhdəliklərini yerinə yetirməyiblər. Əvvəlki aylarda neft hasilatını yetərincə azaltmış ölkələrin avqust-sentyabr aylarında 2,3 milyon barel/gün geriliyi tam kompensasiya etməsi lazım idi. Başqa sözlə, bu iki ayda OPEC+ ölkələri hasilatı ümumilikdə 8,85 milyon barel/gün azaltmalı idi. Ancaq avqust ayında nəticə gözləniləndən 1 milyon barel/gün az olub.