OPEC+ ölkələri müqavilə şərtlərini yenidən müzakirə edə bilər

OPEC+ ölkələri müqavilə şərtlərini yenidən müzakirə edə bilər Sentyabrın 1-də OPEC+ neft hasilatının azaldılması sazişinə qatılan ölkələr müqavilənin şərtlərini yenidən nəzərdən keçirə və qarşıdakı bir neçə ay ərzində əvvəlcədən razılaşdırılmış gündə 400 min barrel artımdan imtina edə bilərlər.
Energetika
29 Avqust , 2021 15:19
OPEC+ ölkələri müqavilə şərtlərini yenidən müzakirə edə bilər

Sentyabrın 1-də OPEC+ neft hasilatının azaldılması sazişinə qatılan ölkələr müqavilənin şərtlərini yenidən nəzərdən keçirə və qarşıdakı bir neçə ay ərzində əvvəlcədən razılaşdırılmış gündə 400 min barrel artımdan imtina edə bilərlər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Küveytin neft və ali təhsil naziri Məhəmməd Abdel Lətif əl-Fares "Reuters" agentliyinə müsahibəsində bildirib.

"COVID-19 bəzi ölkələrdə dördüncü dalğasına başladıqca, bu artımı yenidən düşünmək üçün diqqətli olmalıyıq", - Nazir deyib.

Əl-Fares əlavə edib ki, Çin də daxil olmaqla Şərqi Asiya ölkələrinin iqtisadiyyatı hələ də COVID-19-dan əziyyət çəkir.

Son xəbərlər

Orphus sistemi