OPEC: “Omikron”un bazara təsiri qısamüddətlidir"

OPEC: “Omikron”un bazara təsiri qısamüddətlidir" "Koronavirusun yeni “omikron” variantı neft istehlakına əhəmiyyətli təsir göstərməyəcək".
Energetika
13 Dekabr , 2021 16:52
OPEC: “Omikron”un bazara təsiri qısamüddətlidir

"Koronavirusun yeni “omikron” variantı neft istehlakına əhəmiyyətli təsir göstərməyəcək".

“Report” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) dekabr ayına aid hesabatında bildirilir.

Sənədə əsasən, həm inkişaf etmiş, həm də inkişaf edən ölkələrdə iqtisadiyyatın perspektivi sabit görünür. 

Təşkilat həmçinin dünya iqtisadiyyatının mülayim dirçəlişi fonunda neftə tələbatın artımına dair proqnozunu (2021-ci ildə 5,7 milyon barel, 2022-ci ildə 4,2 milyon barel) qüvvədə saxlayıb.

“Daha əvvəl cari ilin IV rübündə gözlənilən tələbatın bərpası gələn ilin I rübünə keçir. Daha sonra 2022-ci ildə daha sabit dirçəliş baş verəcək” – deyə hesabatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi