Bu il neft bazarında tələb və təklif balansında daha əvvəl gözlənildiyi kimi, gündəlik 0,8 milyon barel deyil, gündəlik 1,2 milyon barel defisit qeydə alınacaq.
"Report" TASS-a istinadən məlumat verir ki, bu barədə “OPEK+” nazirlərinin Monitorinq Komitəsi tərəfindən bu gün baxılacaq hesabatda deyilir.
Ötən ay qlobal tələbatla bağlı proqnoz da gündəlik 5,9 milyon bareldən 6 milyon barelədək qaldırılıb. Tələbatın gündəlik 96,5 milyon barel həcmində olacağı gözlənilir. Ümumilikdə “OPEK+” neft bazarındakı vəziyyətin 2 inkişaf ssenarisini nəzərdən keçirir. Bunlar əsas ssenari və mənfi amillərin təsirinin daha güclü olacağı alternativ ssenaridir.
Lakin hətta bu halda belə, bu il üçün neft bazarında profisit gözlənilmir, tələbatın isə gündəlik azı 4,6 milyon barel artacağı proqnozlaşdırılır.
Hesabatda qeyd olunur ki, ümumilikdə, "OPEK+" ölkələri 2020-ci ilin may ayından bu yana neft bazarında təklifi 2,75 milyard barel azaltmağa nail olublar. Halbuki, əgər bütün ölkələr sazişi tam icra etsəydilər, təklifi 2,88 milyard barel azaltmağa nail ola bilərdilər.