Orxan Məmmədov: “Azərbaycan - Rusiya ticarətinin 90%-ni KOB-lar təmin edir"

Orxan Məmmədov: “Azərbaycan - Rusiya ticarətinin 90%-ni KOB-lar təmin edir" "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır".
Energetika
5 İyun , 2021 12:55
Orxan Məmmədov: “Azərbaycan - Rusiya ticarətinin 90%-ni KOB-lar təmin edir
Orxan Məmmədov

"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır".

“Report”un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qonşu ölkənin mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında böyük ticarət dövriyyəsi var və bunun 90%-ni kiçik və orta biznes (KOB) subyektləri təmin edir.

"Biz KOBİA olaraq Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Birliyi (“Opora Rossii”), eləcə də Kiçik və Orta Sahibkarlıq Korporasiyasından olan həmkarlarla sıx əməkdaşlıq edirik, ortaq layihələrimiz mövcuddur. 2019-cu ildə Mahaçqalada (Dağıstan) biznes-forum təşkil etmişdik. Hazırda belə bir tədbirin Bakıda keçirilməsini planlaşdırırıq. Əminliklə deyə bilərəm ki, iki ölkənin kiçik və orta sahibkarlıqla bağlı əməkdaşlığı yüksək səviyyədədir”, - deyə O. Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi