Ötən ay Azərbaycan polietilen ixracından qazancını artırıb

Ötən ay Azərbaycan polietilen ixracından qazancını artırıb Polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 6,7 % olub
Energetika
22 Fevral , 2021 11:41
Ötən ay Azərbaycan polietilen ixracından qazancını artırıb

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 235 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 9,792 mln ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 1,374 mln ABŞ dolları (16,3 %) çox və 2 066 ton (16,8 %) azdır.

Ötən ayı ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 6,7 % olub.

Qeyd edək ki, Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.

Son xəbərlər

Orphus sistemi