Ötən ay Azərbaycan polipropilen ixracından qazancını 53 %-dək artırıb

Ötən ay Azərbaycan polipropilen ixracından qazancını 53 %-dək artırıb Polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 6,89 % olub
Energetika
22 Fevral , 2021 11:35
Ötən ay Azərbaycan polipropilen ixracından qazancını 53 %-dək artırıb

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 9 509 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 10,067 mln ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 3,476 mln ABŞ dolları (52,7 %) və 1 472 ton (18,3 %) çoxdur.

Ötən ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 6,89 % olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi