Ötən həftəki artımdan sonra neft ucuzlaşmaqda davam edir

Ötən həftəki artımdan sonra neft ucuzlaşmaqda davam edir Ötən həftəki 3-5 %-lik artımdan sonra dünya bazarlarında neft qiymətləri korreksiya səbəbindən aşağı düşür
Energetika
7 İyun , 2021 11:00
Ötən həftəki artımdan sonra neft ucuzlaşmaqda davam edir

Ötən həftəki 3-5 %-lik artımdan sonra dünya bazarlarında neft qiymətləri korreksiya səbəbindən aşağı düşür.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.43-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,53 % ucuzlaşaraq, 1 bareli 71,51 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,40 % azalaraq, 1 bareli 69,34 ABŞ dolları təşkil edib.

Ucuzlaşmaya səbəb ABŞ-da işsizliklə bağlı açıqlanan statistik məlumatlardır. Bu məlumatlar ABŞ-ın Federal Ehtiyat Sisteminin monetar siyasətinin daha da sərtləşdirəcəyi ilə bağlı investorların narahatlıqlarını azaldıb.

İnvestorlar həmçinin hərəkət məhdudiyyətinin aradan qaldırılmasından sonra “qara qızıl”a olan tələbatın artma perspektivlərini qiymətləndirirlər.

“Əsas diqqət əvvəlki kimi tələbata ayrılır. Trafik haqqında məlumatlar yay hərəkət mövsümünün müsbət olmalı olduğunu nəzərdə tutur. Bazar yaxın həftələrdə daha çox möhkəmlənməlidir”, - deyə “Banking Group Ltd.”nin Avstraliya və Yeni Zellandiyada xammal məhsulları üzrə baş strateqi Daniel Haynes bildirib.

Son xəbərlər

Orphus sistemi