Ötən il Azərbaycan 110 min tondan artıq polietilen ixrac edib

Ötən il Azərbaycan 110 min tondan artıq polietilen ixrac edib Ötən il ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,2 % olub
Energetika
16 Yanvar , 2021 14:02
Ötən il Azərbaycan 110 min tondan artıq polietilen ixrac edib

Ötən il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 110,7 min ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 77,721 mln ABŞ dolları təşkil edib.

Ötən il ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,2 % olub.

Qeyd edək ki, Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.

Son xəbərlər

Orphus sistemi