Ötən ilin dekabr ayında Azərbaycan 5,1 milyon ABŞ dolları dəyərində metanol ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 4 milyon ABŞ dolları və yaxud 4,6 dəfə çoxdur.
2020-ci il ərzində Azərbaycandan 51,2 milyon ABŞ dolları dəyərində metanol ixrac olunub. Bu isə 2019-cu ilin eyni dövrünə nisbətən 13,4 milyon ABŞ dolları və yaxud 20,7 % azdır.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.