Ötən il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb

Ötən il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb 2020-ci il ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,7 mlrd manat olmaqla, əvvəlki ilə nisbətən 7 % azalıb.
Energetika
21 Yanvar , 2021 09:33
Ötən il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb

2020-ci il ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,7 mlrd manat olmaqla, əvvəlki ilə nisbətən 7 % azalıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il ölkədə 34,585 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bu həcmin 34,467 mln tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı daha əvvəlki ilin müvafiq dövründən 7,8 %, (əmtəəlik 8 %) az olub.

Ötən il ölkədə 36,713 mlrd kubmetr təbii qaz hasil edilib. Bu həcmin 26,065 mlrd kubmetri əmtəəlik təbii qazın payına düşüb. Ötən il təbii qaz hasilatı illik müqayisədə 3,1 %, əmtəəlik qaz hasilatı isə 6,3 % artıb.

Son xəbərlər

Orphus sistemi