Ötən il “BP Plc” şirkətinin xalis mənfəəti 7,5 milyard dolları ötüb

Ötən il “BP Plc” şirkətinin xalis mənfəəti 7,5 milyard dolları ötüb Böyük Britaniyanın neft-qaz nəhəngi olan “BP Plc” şirkətinin ötən il səhmdarların payına düşən xalis mənfəəti 7,565 milyard ABŞ dolları təşkil edib. 2019-cu ili isə şirkət 20,3 milyard zərərlə başa vurmuşdu.
Energetika
8 Fevral , 2022 12:39
Ötən il  “BP Plc” şirkətinin xalis mənfəəti 7,5 milyard dolları ötüb

Böyük Britaniyanın neft-qaz nəhəngi olan “BP Plc” şirkətinin ötən il səhmdarların payına düşən xalis mənfəəti 7,565 milyard ABŞ dolları təşkil edib. 2019-cu ili isə şirkət 20,3 milyard zərərlə başa vurmuşdu.

“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatından məlum olub.

İlin sonuncu rübündə səhmdarların payına düşən xalis mənfəət bir il əvvəlki 1,358 milyard ABŞ dollarından 2,326 milyard ABŞ dollarınadək yüksəlib. Gəlir 1,7% artaraq, 52,238 milyard ABŞ dollarına çatıb.

Böyük Britaniyanın BP şirkəti dünyanın ən böyük neft-qaz korporasiyalarından biridir. Şirkətin əsası 1909-cu ildə qoyulub.

Son xəbərlər

Orphus sistemi