BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 7,4 mln dollar xərcləyiblər

BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 7,4 mln dollar xərcləyiblər 2020-ci ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,2 mln ABŞ dolları xərcləyiblər.
Energetika
4 Fevral , 2021 15:51
BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 7,4 mln dollar xərcləyiblər

2020-ci ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,2 mln ABŞ dolları xərcləyiblər.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 0,2 mln ABŞ dolları və ya 6,7 % çoxdur.

Qeyd edək ki, 2019-cu il ərzində BP və onun tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 3 mln ABŞ dolları xərcləyiblər.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2020-ci il ərzində 4,2 mln ABŞ dolları həcmində vəsait xərcləyıb. 2019-cu ildə BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 1,2 mln ABŞ dolları vəsait xərcləyib ki, bu da illik müqayisədə 3 mln ABŞ dolları və ya 3,5 dəfə çoxdur.

Beləliklə, ötən il BP ayrıca bir şirkət kimi öz adından və onun tərəfdaşları ümumilikdə Azərbaycanda sosial layihələrə 7,4 mln ABŞ dolları xərcləyiblər.

Məlumatda bildirilir ki, Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi