Ötən il Gürcüstan Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.
Hesabat ilində Azərbaycan Gürcüstanın bu yanacaq növünə olan tələbatının 12,4 %-ni təmin edib və qonşu ölkənin ikinci əsas tədarükçüsü olub.
2021-ci ildə Gürcüstan ümumilikdə 96,4 min ton aviasiya yanacağı tədarük edib ki, bu da illik müayisədə 70,9 % çoxdur. Qonşu ölkənin əsas tədarükçüsü 57,7 min tonla Türkmənistan olub.