Ötən il Ukrayna Azərbaycandan 32 min ton bitum alıb

Ötən il Ukrayna Azərbaycandan 32 min ton bitum alıb İl ərzində bitumun Ukraynaya idxalı iki dəfə arataraq 860,2 min ton təşkil edib
Energetika
22 Yanvar , 2021 10:23
Ötən il Ukrayna Azərbaycandan 32 min ton bitum alıb

2020-ci il ərzində Azərbaycan Ukraynaya 32 min ton bitum ixrac edərək bu ölkənin bitum bazarının 2,7 % payına sahib olub.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “A-95” Konsaltinq Qrupunun məlumatında deyilir.

Bildirilir ki, 2020-ci ildə Ukrayna bazarına tədarük edilən bitumun həcmi bir il ərzində 84,6 % artaraq 1 mln 188,4 min ton təşkil edib.

Belə ki, Ukrayna neft emalı zavodlarında bitum istehsalı 50,3 % artaraq 329,7 min ton təşkil edib. 2019-cu ildə bu rəqəm 219,3 min ton olub. Əsas həcmləri “Ukrtransnafta” şirkətinin Kremençuq neft emalı zavodu istehsal edib ki, bu şirkət də bazara 319 min ton məhsul çıxarıb.

Ukrayna neft emalı zavodlarının payı 27,6 %, idxalın payı isə 72,4 % təşkil edib. İl ərzində bitumun idxalı iki dəfə və ya 427,8 min ton artaraq 860,2 min ton təşkil edib.

Qeyd edilir ki, bitumun Ukraynaya əsas tədarükçüsü Belarus olub. Bu ölkədən Ukraynaya 582,6 min ton bitum ixrac edilib ki, bu da 2019-cu ilin göstəricilərindən 77 % və ya 253,7 min ton çoxdur. Bununla da Belarus Ukrayna bitum bazarının yarısını əlində saxlaya bilib.

Polşa da Ukraynaya bitum ixracını 45,2 min tondan 134 min tona qədər artıraraq Ukrayna bitum bazarının 11 % payına sahib olmaqla ikinci olub. 2019-cu ildə Polşanın Ukrayna bitum bazarındakı ümumi payı 7 % idi.

Ötən il ərzində Ukrayna Yunanıstandan 35,6 min ton, Türkiyə 31,1 min ton, İtaliya – 19 min ton, İspaniya – 10,3 min ton bitum idxal edib. Bu ölkələrdən Ukraynaya idxal edilən bitum dəniz yolu ilə gətirilib. İl ərzində ölkəyə 23 tanker bitum gətirilib ki, dəniz tədarükü də ümumi idxal payında 12 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi