OPEC+ çərçivəsində 2020-ci ilin may-dekabr ayları ərzində hasilatın ixtisarına dair əldə edilmiş razılaşma 99 faiz yerinə yetirilib.
“Report” xəbər verir ki, OPEC+ Texniki komitəsinin 2 fevral tarixli iclasında bu barədə məlumat verilib.
O cümlədən OPEC-ə üzv ölkələri tərəfindən həmin razılaşmanın yerinə yetirilmə səviyyəsi 101 faiz, qeyri-OPEC ölkələri tərəfindən də 96 faiz olub.
2020-ci ilin dekabr ayında sözügedən razılaşma çərçivəsində neft bazarına gündə 7,7 milyon barelə yaxın neft çıxarılıb. Burada OPEC-ə üzv ölkələri razılaşmanı 103 faiz, qeyri-OPEC ölkələri isə 93 faiz yerinə yetiriblər.
OPEC+ çərçivəsində 2020-ci ilin may-dekabr ayları ərzində əvvəlki dövrə nisbətən gündə 2,68 milyon barel, yəni may ayına nisbətən ikiqat artıq neft hasil olunub. Razılaşma iştirakçıları bu qalığı 2021-ci ilin mart ayının sonunadək aradan qaldırmalıdır.