Özbəkistan neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayır.
"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək", - Şavkat Mirziyoyev bildirib.