Bu ilin 8 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,6 % artaraq 19 milyard 115,7 milyon kVt/saat təşkil edib.
"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.
"Bu dövrdə ixrac 1 milyard 406,4 milyon kVt/saat, idxal isə 94,3 milyon kVt/saat olub”, - P. Şahbazov bildirib.