Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154,2 milyon kVt/saat artaraq 19 milyard 245,2 milyon kVt/saat olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, bu dövr ərzində elektrik enerjisinin ixracı 1 milyard 530,6 milyon kVt/saat, idxal isə 169,3 milyon kVt/saat olub: “Bu ilin yanvar-avqust aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları üzrə 17 milyard 714,1 milyon kVt/saat təşkil edib. Su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 milyard 531,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib”.