Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan “OPEC plus” ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.
Bu barədə “Report”a Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.