Pərviz Şahbazov: "SOCAR İndoneziyaya 25 milyon tondan çox neft təchiz edib”

Pərviz Şahbazov: "SOCAR İndoneziyaya 25 milyon tondan çox neft təchiz edib” Bunun da 24 milyon tonunu “Azeri Light” markalı neft təşkil edir
Energetika
30 Aprel , 2021 16:03
Pərviz Şahbazov: SOCAR İndoneziyaya 25 milyon tondan çox neft təchiz edib”
Pərviz Şahbazov

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirir.

“Report”un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycanın Energetika və İndoneziyanın Energetika və Mineral Ehtiyatlar nazirlikləri arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanan zaman bildirib.

Azərbaycanla İndoneziyanın ikitərəfli əlaqələrinin inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edən P. Şahbazov bildirib ki, bu müddət ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə, 25 milyon tondan çox xam neft təchiz edilib.

O qeyd edib ki, bunun da 24 milyon tonunu “Azeri Light” markalı neft təşkil edir.

Son xəbərlər

Orphus sistemi