Pərviz Şahbazov: "Türkiyəyə Zəngəzur dəhlizi vasitəsilə enerji ötürülə bilər"

Pərviz Şahbazov: "Türkiyəyə Zəngəzur dəhlizi vasitəsilə enerji ötürülə bilər" Azərbaycan energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində qonşu ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezlə görüşüb.
Energetika
6 Oktyabr , 2022 16:02
Pərviz Şahbazov: Türkiyəyə Zəngəzur dəhlizi vasitəsilə enerji ötürülə bilər
Pərviz Şahbazov

Azərbaycan və Türkiyə arasında Zəngəzur dəhlizi vasitəsilə enerji ötürülməsi məsələsi müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb. Müzakirələr Pərviz Şahbazovun İstanbulda keçirilən Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində qonşu ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezlə görüşündə aparılıb.

"Qardaşım F.Dönmez ilə karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə işçi qruplarının fəaliyyətini nəzərdən keçirdik. Birgə yeni layihələr üçün böyük imkanlar var", - nazir əlavə edib. 

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz xətti, Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı, eləcə də TPAO (Türk Petrolları Anonim Şirkəti) və BOTAŞ (Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti) ilə əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi