PETDER-in baş katibi: "SOCAR-ın dərnəyimizə qatılması təmsilçiliyimizi gücləndirəcək"   

PETDER-in baş katibi: "SOCAR-ın dərnəyimizə qatılması təmsilçiliyimizi gücləndirəcək"    "Dünyanın ən köklü neft və təbii qaz şirkətlərindən olan SOCAR-ın ölkəmizdə fəaliyyəti şübhəsiz ki, Türkiyədə bazarın güclənməsi və keyfiyyətin artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir".
Energetika
10 Oktyabr , 2021 08:51
PETDER-in baş katibi: SOCAR-ın dərnəyimizə qatılması təmsilçiliyimizi gücləndirəcək   

"Dünyanın ən köklü neft və təbii qaz şirkətlərindən olan SOCAR-ın ölkəmizdə fəaliyyəti şübhəsiz ki, Türkiyədə daxili bazarın güclənməsi və keyfiyyətin artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir".

Bu fikirləri "Report"un yerli bürosuna eksklüziv açıqlamasında Türkiyə Neft Sənayesi Dərnəyinin (PETDER) baş katibi Köksal Onur İnci bildirib.

Baş katib qeyd edib ki, Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) tərəfindən distribütor lisenziyasına malik olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Energy" dərnəyin sayca 17-ci üzvüdür: "SOCAR Türkiyənin dərnəyimizə qatılmağına görə böyük məmnunluq hissi keçiririk. Hesab edirəm ki, bu iştirak Türkiyənin son 25 ildəki ən böyük yanacaq-energetika sənayesinin təmsilçisi olan PETDER-in təmsilçilik qabiliyyətini artıracaq".

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Energy” qonşu ölkədə fəaliyyət göstərən Neft Sənayesi Dərnəyinə üzv olub. Bununla da PETDER-in üzvlərinin sayı 17-yə çatıb.

Digər 16 üzv "Alpet", "Aytemiz", "Belgin", BP, "Castrol", "Exxon Mobil", GO, "Güzel Enerji Akaryakıt", "Opet", "Petline", "Petrol Ofisi", "Petroyağ", "Shell", "Shell & Turcas", "Total Energies" və "Türk Petrolları"dır.

Son xəbərlər

Orphus sistemi