“Petkim”: Daxili tələbatı ödəmək üçün fasiləsiz çalışmağımız gəlirliyimizi artırıb

“Petkim”: Daxili tələbatı ödəmək üçün fasiləsiz çalışmağımız gəlirliyimizi artırıb 2020-ci ildə satış həcmini 12,1 mlrd türk lirəsinə çatdıran “Petkim”in ümumi gəlirində ölkədaxili satışların payı 67 %-ə qalxıb
Energetika
3 Mart , 2021 12:02
“Petkim”: Daxili tələbatı ödəmək üçün fasiləsiz çalışmağımız gəlirliyimizi artırıb

2020-ci ilin əsas maliyyə nəticələrini açıqlayan Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə şirkəti olan “Petkim” Türkiyədə pandemiya dövründə əhəmiyyəti artan tibbi ləvazimat, qablaşdırma və gigiyena vasitələri üçün istifadə olunan xammalın istehsalında üstünlüyü daxili bazara verib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə satış həcmini 12,1 mlrd türk lirəsinə (TL) çatdıran “Petkim”in ümumi gəlirində ölkədaxili satışların payı 2019-cu ildəki 60 %-dən 67 %-ə qalxıb.

Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya müəssisəsi kimi 2020-ci il boyunca daxili sənaye müəssisələrinin tələbatını prioritet kimi qəbul etdiklərini bildirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov deyib ki, pandemiya dövründə Türkiyənin ehtiyacı olan neft-kimya xammalını problemsiz təmin etmək üçün var gücümüzlə çalışdıq və fasiləsiz istehsalı həyata keçirilib:

“Bu dövrdə bütün dünyada NEZ-lərin istehsalı dayandırmaq, yaxud azaltmaq məcburiyyətində qalması səbəbindən xammal tədarükündə problemlə üzləşən bəzi neft-kimya şirkətləri də istehsalı müəyyən müddətə dayandırmalı oldular. STAR NEZ ilə inteqrasiya şəraitində işləyən “Petkim” isə istehsala ara vermədən xüsusilə ölkədaxili müştərilərin ehtiyaclarını təmin etməyi bacardı. Daxili bazara yönəlməyimiz 2019-cu ildə 662 milyon ABŞ dolları olan ixracat göstəricilərimizin 2020-ci ildə yarıbayarı azalaraq 363 milyon ABŞ dollara enməsinə səbəb oldu. Ancaq daxili tələbatı ödəmək üçün fasiləsiz çalışmağımız nəticəsində ümumi satış həcmlərimiz və gəlirliyimiz 2019-cu ilə nisbətən artıb”.

Son xəbərlər

Orphus sistemi