Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə şirkəti olan “Petkim” qlobal pandemiyaya görə üzləşdiyi çətinliklərə və portfelindəki məhsulların qiymətinin dollar ifadəsində orta hesabla 20% azalmasına baxmayaraq, 2020-ci ildə gəlirlərini əvvəlki ilə nisbətən 21% artıraraq 1,9 milyard türk lirəsinə çatdırıb.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bildirilib ki, bu uğurun qazanılmasına məhsuldarlıq, rəqəmsallaşma, məzənnə və faiz riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması, dövriyyə kapitalının effektiv idarəçiliyi və STAR Neft Emalı Zavodu ilə istehsalın inteqrasiya mühüm təsir göstərib.