Politoloq: “Azərbaycan enerji sektorunda Macarıstanın vacib tərəfdaşıdır”

Politoloq: “Azərbaycan enerji sektorunda Macarıstanın vacib tərəfdaşıdır” “Azərbaycan enerji sektorunda Macarıstanın vacib tərəfdaşıdır və 2022-ci ildən bu əlaqələr strateji xarakter daşımağa başlayıb”.
Energetika
20 Fevral , 2023 11:53
Politoloq: “Azərbaycan enerji sektorunda Macarıstanın vacib tərəfdaşıdır”

“Azərbaycan enerji sektorunda Macarıstanın vacib tərəfdaşıdır və 2022-ci ildən bu əlaqələr strateji xarakter daşımağa başlayıb”.

Bu barədə “Report”a açıqlamasında Macarıstandan olan təhlükəsizlik siyasəti üzrə ekspert Attila Demko bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-Macarıstan münasibətlərinin möhkəmlənməsi müşahidə olunur: “Rusiyanın Ukraynaya təcavüzündən sonra Azərbaycanla tərəfdaşlıq əlaqələrinin rolu artıb. Rusiyadan neft və təbii qaz tədarükü məsələsi indi əvvəlkindən daha az etibarlıdır. Buna görə də bizim bu sahənin şaxələndirilməsinə ehtiyacımız var”.

Politoloq vurğulayıb ki, bu istiqamətdə həm neft, həm də təbii qaz baxımından böyük potensiala malik olan ölkələrdən biri də məhz Azərbaycandır.

A.Demkonun fikrincə, əməkdaşlığın mühüm aspekti Azərbaycandan Qara dənizin dibi ilə Avropaya sualtı kabel vasitəsilə ixracı planlaşdırılan elektrik enerjisinin tədarükü ola bilər.

O xatırladıb ki, Macarıstan ötən ilin dekabrında bu layihə üzrə sazişi imzalayan ölkələrdən biri olub: “Macarıstan üçün Azərbaycan əvvəllər mühüm ölkə idi, lakin 2022-ci ildə Bakı Budapeştin strateji tərəfdaşına çevrilib”.

Son xəbərlər

Orphus sistemi