“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji” haqqında saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.
"Ötən ilin dekabrında Buxarestdə “yaşıl enerji” sahəsində mühüm tədbir keçirilib. Avropa Komissiyasının prezidentinin də iştirak etdiyi tədbirdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji” sahəsində tərəfdaşlıq haqqında saziş imzalanıb. Əminəm ki, bu saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək”, - Prezident İlham Əliyev deyib.
"Hesab edirik, bu layihə ən azı 4 QVt “yaşıl enerji”nin nəqlini təmin edə bilər ki, bu da bizim əlavə töhfəmiz olacaq", - dövlət başçısı əlavə edib.