"Qara qızıl" bahalaşıb

"Qara qızıl" bahalaşıb ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatları haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında "qara qızıl"ın qiymətləri artıb.
Energetika
26 May , 2022 11:33
Qara qızıl bahalaşıb

ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatları haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında "qara qızıl"ın qiymətləri artıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,18% bahalaşaraq 1 bareli 111,32 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti 0,41% artıb və 1 bareli 110,78 ABŞ dolları təşkil edib.

ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, mayın 20-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 1 milyon barel və ya 0,2% azalaraq 419,8 milyon barelə düşüb. Ekspertlər isə cəmi 0,7 milyon barel azalmanın qeydə alınacağını gözləyirdilər.

Son xəbərlər

Orphus sistemi