“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq

“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq “Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq
Energetika
11 Avqust , 2020 15:07
“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq

“Qarabağ” yatağının dayaq bloku bu ayın sonu, ən gec isə sentyabrın ilk günlərində dənizə yola düşəcək.

"Report" xəbər verir ki, bunu bu gün Bakı Dərin Özüllər Zavodunda "Qarabağ" əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov bildirib.

“Artıq dayaq blokunun barjın üzərinə yerləşdirilməsi (sürüşdürmə üsulu ilə) prosesi başlayıb. Bu proses ideal hava şəraitində ən azı 48 saata həyata keçirilir. Dayaq bloku barjın üzərinə yerləşdirildikdən sonra orada bərkitmə, nəqliyyata hazırlıq işləri görülür. Bu işlər 2-3 həftəyə həyata keçirilir. Amma hər şey hava  şəraitindən asılıdır”, - o qeyd edib.

Onun sözlərinə görə, dayaq blokunun dənizdə quraşdırılması işləri isə 280 gün davam edəcək. Baş direktor bu işlərin ən tez gələn ilin I rübündə yekunlaşacağını bildirib.

Qeyd edək ki,ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasına başlanması mərasimində iştirak edib.

“Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.

Blokun tikintisi iki il müddətinə başa çatıb. Blokun hazırlanmasına 3.200.000 adam/saat sərf olunub. “STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir.

Son xəbərlər

Orphus sistemi