Qaribaşvili: “Gürcüstanda elektrik enerjisinin 85 %-ə qədəri bərpa olunan enerji mənbələrindən istehsal olunur”

Qaribaşvili: “Gürcüstanda elektrik enerjisinin 85 %-ə qədəri bərpa olunan enerji mənbələrindən istehsal olunur” Gürcüstanda elektrik enerjisinin 85 %-ə qədəri bərpa olunan enerji mənbələri hesabına istehsal olunur.
Energetika
2 Dekabr , 2023 15:41
Qaribaşvili: “Gürcüstanda elektrik enerjisinin 85 %-ə qədəri bərpa olunan enerji mənbələrindən istehsal olunur”

Gürcüstanda elektrik enerjisinin 85 %-ə qədəri bərpa olunan enerji mənbələri hesabına istehsal olunur.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin təsirləri həm insanlar, həm də ətraf mühit üçün zərərlidir: “Bu dəyişikliklər, Paris sazişinə əsasən, 2030-cu ilə qədər qlobal emissiyaların iki dəfə azaldılması da daxil olmaqla, beynəlxalq səylərin gücləndirilməsini tələb edən iqlim davamlılığında gözlənilən irəliləyişi tələb edir”.

İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan hakimiyyəti iqlim dəyişikliyinin aradan qaldırılmasında öz rolunu ciddi qəbul edir və bunun üçün 2023-cü ildə 500 milyon ABŞ dolları ayırıb.

O qeyd edib ki, Gürcüstan Avropanın emissiyasız əraziyə çevrilməsi ideyasını dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi