Bu ilin yanvar-iyul aylarında Qazaxıstanda 49,8 milyon ton neft hasil edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Nurlan Noqayev hökumətin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bununla da, plana 99% əməl olunub.
7 ay ərzində Tenqiz yatağından 15,9 milyon ton, Kaşaqan yatağından 8,7 milyon ton, Karaçaqanak yatağından 6,9 milyon ton neft çıxarılıb.
Hasil edilmiş neftin 39,3 milyon tonu ixraca yönəldilib.
Xatırladaq ki, bu il Qazaxıstan 86 milyon ton "qara qızıl" çıxarmağı planlaşdırıb. Bu isə ötən ilə nisbətən 0,3 milyon ton və yaxud 0,35% çoxdur.