Qətərin “Nebras Power” şirkəti Qarabağda layihə icra edə bilər

Qətərin “Nebras Power” şirkəti Qarabağda layihə icra edə bilər Energetika Nazirliyində, nazir Pərviz Şahbazov və Qətərin “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Mohammed Jolo arasında görüş keçirilib.
Energetika
16 Noyabr , 2021 09:36
Qətərin “Nebras Power” şirkəti Qarabağda layihə icra edə bilər

Energetika Nazirliyində, nazir Pərviz Şahbazov və Qətərin “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Mohammed Jolo arasında görüş keçirilib.

Bu barədə “Report”a nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə “Nebras Power” şirkətinin fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və bərpa olunan enerji sahəsində təcrübəsinə dair məlumat verilib. Bərpa olunan enerji sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, yaxın gələcəkdə təşkili planlaşdırılan “yaşıl enerji” hərracları barədə danışılıb, külək enerjisi, o cümlədən dənizdə külək enerjisi və hidroenerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Energetika sahəsində uzunmüddətli investisiyalar həyata keçirən “Nebras Power” şirkətinin Azərbaycanda enerji layihələrində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı imkanları barədə müzakirələr aparılıb, şirkətin ölkəmizə sərmayə yatırmaqda maraqlı olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi