Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olmayan ölkələrdə gündəlik hasilatın bu il 63,64 milyon barel, gələn il isə 66,66 milyon barel olacağı gözlənilir.
"Report" xəbər verir ki, bu barədə OPEC-in bu ay üçün hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ay açıqlanmış hesabatdakı proqnozlarla müqayisədə müvafiq olaraq 210 min barel və 130 min barel azdır.
Proqnozun yenilənməsi əsasən gündəlik hasilat həcminin avqust ayında 0,6 milyon barel azalması ilə bağlıdır.
Bununla yanaşı adıçəkilən ölkələrdə 2022-ci ildə gündəlik hasilatın artımına dair proqnoz 100 min barel artırılaraq 3 milyon barelə çatdırılıb. O cümlədən Rusiyada artım 1 milyon barel, ABŞ-da da 0,8 milyon barel həcmində proqnozlaşdırılır.