Qırğızıstanlı nazir: "Mərkəzi Asiyadan Azərbaycana “yaşıl enerji”nin tədarükündə maraqlıyıq"

Qırğızıstanlı nazir: "Mərkəzi Asiyadan Azərbaycana “yaşıl enerji”nin tədarükündə maraqlıyıq" Qırğızıstan Xəzər dənizi vasitəsilə Azərbaycana Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”nin tədarükü üçün “yaşıl enerji” dəhlizinin yaradılması təşəbbüsünü alqışlayır və öz enerjisinin ixracı üçün layihədə iştirak etməkdə maraqlıdır.
COP29
13 Noyabr , 2024 17:13
Qırğızıstanlı nazir: Mərkəzi Asiyadan Azərbaycana “yaşıl enerji”nin tədarükündə maraqlıyıq

Qırğızıstan Xəzər dənizi vasitəsilə Azərbaycana Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”nin tədarükü üçün “yaşıl enerji” dəhlizinin yaradılması təşəbbüsünü alqışlayır və öz enerjisinin ixracı üçün layihədə iştirak etməkdə maraqlıdır.

Bu barədə “Report”a eksklüziv müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.

"Biz maraqlıyıq, çünki Mərkəzi Asiya - Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandır. Vahid halqada, enerji halqasında işləyirik. Əgər qonşu dövlət Azərbaycanla əlaqəli olacaqsa, bu bizim elektrik enerjimizin satışı üçün də böyük bazardır", - T.İbrayev bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin enerji sistemləri SSRİ dövründən vahid halqada birləşib və hələ də bu formatda işləyir: "Buna görə də biz belə layihələrdə çox maraqlıyıq".

Son xəbərlər

Orphus sistemi