Qreq Hands: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır”
Qreq Hands: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır”“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır”.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands tviterdə yazıb.
“Azərbaycanın energetika naziri Pərviz Şahbazovu Böyük Britaniyanın Biznes, Enerji və Sənaye Strategiyası Departamentində salamlayıram. Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniya üçün mühüm tərəfdaşdır. O, müttəfiq və dostlarımıza təbii qaz tədarüklərini şaxələndirməyə imkan yaradır”, - o bildirib.
Q.Handsin sözlərinə görə, görüşlər zamanı ona Azərbaycanın bərpa olunan enerjinin inkişafına sadiqliyi və iqlim məsələləri barədə məlumat verilib.
Welcome to Azerbaijan Energy Minister Parviz Shahbazov to @beisgovuk today.
Azerbaijan is an important UK partner in promoting energy security in Europe and allowing allies & friends to diversify their sources of gas.