ABŞ-ın bir sıra enerji şirkəti, o cümlədən “Duke Energy Corp”, “Exelon Corp”, həmçinin ABŞ Atom Enerjisi İnstitutu (Nuclear Energy Institute, NEI) Ağ evi Rusiyadan uran idxalına qarşı sanksiyalar tətbiq etməməyə inandırmağa çalışır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, NEI uran idxalının Rusiyanın enerji sektoruna qarşı yönəlmiş sanksiyalar paketinə düşməməsi üzərində çalışır. Buna səbəb ABŞ-ın atom enerjisinin Rusiyadan idxal edilən ucuz urandan asılı olması göstərilir.
Hazırda AES-lərin işləməsi üçün tələb olunan uranın, təxminən, yarısını ABŞ Rusiya, Qazaxıstan və Özbəkistandan alır.