"SOCAR Gürcüstanda fəaliyyət göstərməkdən çox məmnundur, yaradılan şəraitə görə Gürcüstan hökumətinə minnətdarıq".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində şirkətin inşa etdirdiyi idman kompleksinin açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında əməkdaşlıq çox yüksək səviyyədədir: "SOCAR Gürcüstana 1,2 milyard ABŞ dolları həcmində investisiya qoyub. Gürcüstan dövlətinin dəstəyi ilə sosial layihələr həyata keçiririk və bu ölkədə yaşayan soydaşlarımızın vətəndaş cəmiyyətinə inteqrasiya prosesinə öz töhfəmizi veririk".
R.Abdullayev SOCAR-ın Gürcüstana hədiyyə etdiyi müasir idman kompleksində gələcəyin olimpiya çempionlarının yetişəcəyinə ümidvar olduğunu bildirib.
Rövnəq Abdullayev: "SOCAR Gürcüstanda fəaliyyətdən çox məmnundur"
Energetika
18 Sentyabr , 2021
12:40
https://static.report.az/photo/bd242b24-ef0d-36dd-aee7-2de872302d06.jpg
Rus versiyası
Ровнаг Абдуллаев: SOCAR доволен деятельностью в Грузии