Rövşən Nəcəf: “Şahdəniz” qazı regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verir”

Rövşən Nəcəf: “Şahdəniz” qazı regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verir” Səfərin məqsədi dünyanın ən böyük qaz və kondensat yataqlarından biri hesab edilən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə istismara verilən ‘’Şahdəniz Bravo’’ platformasına yerində baxış keçirmək, fəaliyyəti ilə yaxın
Energetika
28 Noyabr , 2022 13:14
Rövşən Nəcəf: “Şahdəniz” qazı regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verir”

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan qazı regionun və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verir.

“Report” xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və BP şirkətinin birgə yaydığı məlumata görə, bunu SOCAR prezidenti Rövşən Nəcəf rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Şahdəniz” qaz-kondensat yatağının “Şahdəniz Bravo” platformasına səfəri zamanı bildirilib.

Səfərin məqsədi dünyanın ən böyük qaz və kondensat yataqlarından biri hesab edilən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə istismara verilən ‘’Şahdəniz Bravo’’ platformasına yerində baxış keçirmək, fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv imkanları müzakirə etmək olub.

Səfər çərçivəsində SOCAR-ın nümayəndələri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirib.

Görüşdə SOCAR-ın nümayəndə heyətinə “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, cari əməliyyatlar, müasir texnoloji və təhlükəsizlik sistemləri, həmçinin nəzərdə tutulan layihələr barədə məlumat verilib.

R. Nəcəf Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətindən bəhs edib.

Daha sonra nümayəndə heyəti platformanın istehsalat sahəsi, idarəetmə otağı və digər obyektlərində cari vəziyyətlə tanış olub.

Sonda “Şahdəniz Bravo” platformasının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsinə verdikləri töhfəyə görə BP-nin bir neçə əməkdaşı təşəkkürnamə ilə təltif edilib.

Azərbaycanı beynəlxalq arenada qaz ixrac edən ölkə kimi tanıdan "Şahdəniz” yatağı 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat ehtiyatlarına malikdir. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan kommersiya qaz həcmləri 2018-ci il iyunun 30-dan etibarən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə, 2020-ci il dekabrın 31-dən etibarən isə Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropa İttifaqı ölkələrinə tədarük edilir.

Son xəbərlər

Orphus sistemi