Rumen Radev: “Azərbaycan Bolqarıstana əlavə qaz tədarükünü müzakirə etməyə hazırdır”

Rumen Radev: “Azərbaycan Bolqarıstana əlavə qaz tədarükünü müzakirə etməyə hazırdır” "Azərbaycan Bolqarıstana əlavə olaraq qazının tədarükü məsələsini müzakirə etməyə tam hazırdır".
Energetika
17 Dekabr , 2021 13:58
Rumen Radev: “Azərbaycan Bolqarıstana əlavə qaz tədarükünü müzakirə etməyə hazırdır”
Rumen Radev

"Azərbaycan Bolqarıstana əlavə olaraq qazının tədarükü məsələsini müzakirə etməyə tam hazırdır".

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Bolqarıstan Prezidenti Rumen Radev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Bununla belə, Bolqarıstan və Yunanıstan arasında 10 ildir tikilməsini gözlədiyimiz Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria; IGB) olması bizim üçün vacibdir”, - R. Radev bildirib.

O qeyd edib ki, bazar ertəsi Bolqarıstana səfər edəcək Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə danışıb: “Ümid edirik ki, bu mühüm məsələ gələn il həllini tapacaq”.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

Son xəbərlər

Orphus sistemi